Mələklərin it və canlıların şəkli olan yerlərə girməməsi doğrudurmu?

    25.12.2014
Kimdən: 
Aytəkin
Sual: 
Eşitmişəm ki.Mələklər şəkil olan və it olan evlərə gəlməzlər.Bu doğrumu? Nəyə əsaslanır əgər doğrudursa.Əgər doğrudursa Bu divarda asılan şəklə aiddir yoxsa ümumiyyətlə məsələn örtülü yerdə saxlanılan şəkillərə?
Cavab: 

Aleykum salam. Bəli, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mələklər, içində it və ya şəkil olan evə girməzlər". (əl-Buxari, 4002).
"İt saxlayan adamın gündəlik olaraq savabından bir qirat azalar. Yalnız əkin sahəsini və mal-qaranı qoruyan itdən başqa". (Buxari, 2322).
"Cəbrayıl (aleyhis-sələm) yanıma gəldi və dedi: "Dünən gəlmişdim, daxil olmağıma mane olan qapının yanındakı heykəl idi. Evdə üstündə şəkillər olan pərdə var idi, həmçinin orada it var idi. Elə isə əmr et qapının yanındakı heykəlin başını götürsünlər, ağac şəklinə düşsün. Əmr et pərdəni kəsib götürsünlər üstündə gəziləcək döşəkcə düzəltsinlər. Göstəriş ver iti bayıra çıxarsınlar. Rəsulullah (salləllahu aleyhi və səlləm) (deyildiyi) kimi etdi". (Əbu Davud; ət-Tirmizi).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, "Mən yük yığdığımız yerin qabağına şəkilli pərdə çəkmişdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir səfərdən qayıtdı və bunu görərkən çəkdi atdı. Hirsindən üzünün rəngi dəyişmişdi. Buyurdu (salləllahu aleyhi və səlləm) ki, "Ey Aişə, bil ki, qiyamət günü insanların ən çox əzab görəni Allahın yaratdıqlarını təkrar etmək istəyənlərdir". Aişə (radıyəllahu anhə) deyir ki, biz o parçanı kəsdik və ondan bir-iki yastıq düzəltdik". (əl-Buxari və Muslim).
Bu üzdə olan, evdə görünən şəkillərə aiddir. Ruhu olmayan şeylərin şəkillərinin olmasına isə icazə verilir (Məsələn, təbiət mənzərəsi, gül, ağac, avtomobil və s.).

Paylaş: