Mələklər nə vaxt və nə üçün yer üzünə enirlər?
Sual:
Mələklər yerə nə vaxt enirlər? Nə üçün?
Cavab:
Salam aleykum. Mələklər Uca Allahın əmrilə müxtəlif vaxtlarda yer üzünə enirlər. Bu vaxtların hamısı yox, bəziləri Quran və səhih hədislərdə açıqlanmışdır. Məsələn, Qədr gecəsində: "O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur". (əl-Qadr, 4-5).
Həmçinin ana bətnindəki körpəyə ruh üfürmək, əcəli çatanın canını almaq, qəbirdə sorğu sual etmək və s. Daha ətraflı: Mələklər haqqında