Baş barmağa üzük taxmaq günahdır?

    11.01.2014
Sual: 
Salam aleykum bas barmaga uzuk taxmaq gunahmi?
Cavab: 

Aleykum Salam. Üzüklərin işarə və ya baş barmağa taxılmasını qadağan edən hər hansı bir dəlil mövcud deyil. Fəqət təharətdə istifadə edildiyinə görə sol ələ taxılması bəyənilmir. Bəzi hədislərdə Peyğəmbərimizin (s.a.s) üzüyü sağ əlinə, bəzilərində isə sol əlinə taxdığı bildirilir. Üzük sol ələ taxıldığı zaman təharət əsnasında, yəni ayaqyolunda su ilə təmizləndikdə barmaqdan çıxartmaq məsləhətdir. Çünki sol əl ilə təharət edilir.
Bir sözlə üzüklərin əsasən çəçələ və ya yanındakı barmağa taxılması daha yaxşıdır. Amma digər barmaqlara da taxılsa, günah olmaz.

 

Paylaş: