"Cümə günü oruc tutmaq olmaz" hədisinin mənbəsini yaza bilərsinizmi?

    28.12.2014
Sual: 
Salam aleykum.Sayıtıvızda yerleşdirdiyiniz 11.05.2014 tarixli ve Peygenberin (s.e.s) orucu başlığı altında olan meqlede.Hedis misal getirmisizki Cüme günü oruc tutmaq qadağandir.Zehmet olmasa hedisin menbesin ve sehih olub olmadığın yazardiz.Men cume günleri oruc tutram.Gunah etmis sayiliram.Tutmaq olmaz??Bildiyimiz kimi cüme günü cox feziletli gündür..
Cavab: 

Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Sizdən heç kim cümə günü oruc tutmasın. Ancaq bir gün öncədən və ya sonradan oruc tutarsa, bu halda cümə günü oruc tuta bilir". (Buxari)
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, mən peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: "Sizin aranızdan bir nəfər Cümə günündən bir gün qabaq və ya bir gün sonra da oruc tutmamış təkcə Cümə günü oruc tutmasın". (əl-Buxari "Sovm", 62; Muslim "Siyam", 147; Əbu Davud "Sovm", 51; ət-Tirmizi "Sovm", 42; İbn Macəh "Siyam", 37; İmam Əhməd, 1/288; 2/422, 526).
Cuveyriyyə binti Harisdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Cümə günü Cuveyriyyə oruclu olduğu vaxt peyğəmbərimiz onun yanına daxil olub: "Dünən oruc tutdunmu?" – deyə soruşduqda Cuveyriyyə: "Xeyr", – demişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu zaman ondan soruşub ki, bəs sabah tutacaqsanmı? Cuveyriyyə yenə cavab verib ki, yox, tutmayacağam. Bunun üstündən peyğəmbər belə buyurmuşdur: "Elə isə orucunu poz". (əl-Buxari "Sovm", 62; Əbu Davud "Sovm", 53).
Bu və bu haqda rəvayət olunan digər hədisləri əsas götürən əksər alimlər qeyd ediblər ki, təkcə Cümə gününə təyin edərək oruc tutmaq qadağandır. Bir qismi isə deyib ki, bu, məkruhdur (bəyənilmir). Amma biri qəza, kəffarə, nəzir, Davudun (aleyhis-s-sələm) orucu kimi bir gündən bir oruc tutarsa və oruclardan biri cümə gününə  təsadüf edərsə, burada bir qəbahət yoxdur.

Teqlər: 
Paylaş: