"Haram aylarda özünüzə zülm etməyin" ayəsi və Cahilləri islama dəvət etmək barədə
Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir". (ət-Tovbə, 36).
Təfsir alimləri bu ayənin izahında demişlər: "... günah etmək və öz zərərinə hərəkət etmək bütün il boyu, xüsusilə, haram aylar ərzində qadağan edilir. Onlar ən çox hörmət bəslənilən aylar hesab olunur və bu aylarda günah işlədilməsi –xüsusilə ağır cinayətdir. Məhz buna görə, möminlərə bu aylarda döyüşmək qadağan edilmişdir". Qeyd edək ki, özünü döymək, ölü üçün yüksək səslə-çığırıb ağlamaq, ölüyə üç gündən artıq yas saxlamaq da günah əməllərdir, çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bunu qadağan edib.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm. Rəcəb ayı isə Cumadə və Şaban ayının ortasında gəlir". (Buxari, 2958). Həmçinin oxuyun: