Müsəlman qadın qeyri-müsəlman kişi ilə olan nişanı qaytara bilərmi?
Aleykum salam. Uca Allah müsəlman qadınlara islamı qəbul etməyənə qədər kafirlərlə (xristian, yəhudi, bütpərəsət, ateist və s.) ailə qurmağı qadağan etmişdir: "Müşrik (Allaha şərik qoşan) qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər də iman gətirməyənə qədər (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda (Cəhənnəmə) çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar". (əl-Bəqərə, 221).
Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurub: "Əgər dinindən və əxlaqından razı qaldığınız biri evlilik üçün gəlsə, (qızınızı və yaxud himayəniz altında olan qadınları) onunla evləndirin, bunu etmədiyiniz təqdirdə yer üzündə fitnə və çoxlu fəsad olar". (ət-Tirmizi, 1084; İbn Mscəh, 1967).
Bunun səbəblərindən biri də budur ki, kişinin ailə üzərində təsiri daha böyükdür və gələcəkdə qadını dinini dəyişməyə məcbur edə və uşaqlarını da digər dinə yönləndirə bilər.
Müsəlman kişinin isə kitab əhlindən olan (xristian və yəhudi) qadınlarla evlənməsinə icazə verilir, digər dinlərə mənsub olanlarla (bütpərəst, ateist və s.) evlənmək isə qadağandır. Necə ki, Uca Allah buyurnuşdur: "Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar". (əl-Maidə, 5).
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Qadınla dörd xüsusiyyət-var-dövlət, nəsil-nəcabət, gözəllik və dininə görə ailə qurulur. Dininə üstünlük versən əlin xeyirə çatar". (Səhih əl-Buxari, 4802; Səhih Muslim, 1466).
Uca Allah buyurur: "Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır". (ər-Rum, 21).