"Siğəni Peyğəmbər yox, Ömər ləğv edib" sözü doğrudurmu?

    04.01.2015
Sual: 
Salam aleykum. Men youtubda videoya baxdim orda sie alimi sehih muslimden bir hedis soyledi ki, Omer(r.a.) Oz aglindan bir ayenin hokmunu legv edib hem de peygemberin dediyini de. Bu sige barede idi. Xais edirem bunun aciglamasini bilirsizse deyesiniz Allah razi olsun
Cavab: 

Aleykum salam. Bu yalan və əsassız fikirdir. Siğə (müvəqqəti nigah) cahiliyyə dövrünün adətlərindən olmuş, Peyğəmbər (sallallahu aleyhi və səlləm) içkini tədricən qadağan etdiyi kimi, onu da qadağan etmişdir. Buxari və Muslim Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət edirlər ki,  "Rəsulullah Xeybər günü müvəqqəti nigahı (şiğə) və eşşək (ev eşşəyi) ətini yeməyi qadağan etdi". (Buxari, 5/172; Muslim, 4/134-135 və 6/63; İmam Məlik "Muvatta" əsəri, səh: 335; Tirmizi, 1121 və 1794; Nəsəi 6/125; Əhməd 1/79; əd-Dərimi, 1996).
Rabi ibn Subra əl-Cuhəni atasının (radıyallahu anhum) belə dediyini rəvayət edir: "Peyğəmbər Məkkə fəth olunan il, müvəqqəti nigahı qadağan etdi". (Muslim, 4/133; Əbu Dəvud, 2072-2073; Nəsəi "əl-Kubra" əsəri, 3809; Əhməd, "Musnəd" əsəri, 3/404; əd-Dərimi, 2202).
İyas ibn Sələmə atasının belə (radıyallahu anhumə) dediyini rəvayət edir: "Allah Rəsulu döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi". (Muslim, 4/131 və Əhməd, 4/55).
Bir dəfə Ömər ibn əl-Xəttab (radıyallahu anhu) xəlifə olarkən xütbə zamanı belə deyib: "Həqiqətən, peyğəmbər bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın (sallallahu aleyhi və səlləm) bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm". (İbn Macəh, 1963).

Sadəcə Ömərin xilafəti dövründə bəzi səhabələr (Allah onlardan razı olsun) siğə edirdilər, çünki onlar peyğəmbərin zamanında yaşda kiçik (uşaq) idilər. Ona görə də bu qadağa ilə bağlı məlumatı bilmirdilər və ya eşitməmişdilər. Ömər belələrinə peyğəmbərin hökmünü yenidən xatırlatdı, amma bu o demək deyil ki, Ömər özündən yeni bir hökm icad etdi.

Paylaş: