Həyatda əsl dost varmı?

    06.01.2014
Sual: 
salam mənim dostum var sizcə o mənə qarşı sadiqdirmi?
Cavab: 

Aleykum salam. Uca Allah Qurani-kərimdə əsl dostların necə olduğunu vəsf edərək buyurur: "Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır". (ən-Nisa, 69). Həmçinin, dost haqqında Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kişi öz dostunun dinindədir...". (Əbu Davud, 4833; ət-Tirmizi, 2378; əl-Albani "Sahih əl-Cami", 3545). Ona görə də əgər sizin dostluğunuz Allah xatirinədirsə, dostluq etməkdə məqsədiniz yaxşı işlər görməkdirsə, bu cür dostluq sizə bu dünyada fayda verəcək və axirətdə isə Cənnətə girməyə vasitə olacaq. Yox, əgər dostluğunuz sizi şər əməllərə sövq edirsə, sizin dostluğunuz şərdir. Odur ki, hər kəs kiminlə dostluq etdiyinə fikir verməlidir.

Paylaş: