Peyğəmbərimizin adları ilə bağlı hədisi yaza bilərsinizmi?
Sual:
Salam Aleykum. Peygemberimizin adlari ile bagli revayet olan hedisi ve hemin adlarin menasini yaza bilersinizmi?
Cavab:
Aleykum salam. Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: "Mənim beş adım var. Mən həm Muhəmməd, həm Əhmədəm! Mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Məhiyəm! Mən, ayağı altında insanların məhşərə toplandığı Həşiram! Mən Aqibəm!". (Buxari, 3532).
Peyğəmbərimizin Əhməd adı Quranda da keçir: "Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm" (əs-Saff, 6)
Bu adların mənası aşağıdakı kimidir:
- Muhəmməd – Mədh olunan, təriflənən, alqışlanan, bəyənilən.
- Əhməd – Mədh (tərif) olunmağa layiq.
- Məhi – Silib yox edən.
- Həşir – Bir yerə toplayan, cəm edən, yığan.
- Aqib – Sonuncu, sonluq, aqibət