Rəfiqəmin dediyi oğlana şəklimi göndərmədiyim üçün məndən inciməyə haqqı varmı?
Sual:
Əs Sələmu aleykum.Mən subayam,bir rəfiqəm məndən şəklimi istədi və bildirdi ki, subay bir qardaşa göstərəcək.Mən isə sünnəyə uyğun şəkildə ailə qurmaq istəyirəm. Bundan əlavə mənim bir qüsurum var, rəfiqəmdən soruşdum ki o bilirmi mənim qüsurumu? Söhbəti dəyişdi,dedim ki,ona əvvəlcə qüsurum haqda məlumat verilsin əgər qəbul edərsə o zaman görə bilər məni. Bunun üstündə bacı ilə münaqişəmiz yarandı. Bacı deyir ki, şəklini göndər gözləyir. Axırda dedi ki, göndərmirsən özün bil. SubhənAllah. Sünnəyə uyğun olanı budur ki, kişi evlənəcəyi qadına gizlində baxsın. Bacıya harada oxuduğumu,saat neçədə dərsə girib-çıxdığımı demişəm. Yəni imkan var ki, qardaş gizlində gəlib baxsın mənə. Lakin mən tanımadığım birinə şəklimi niyə göndərməliyəm? Ola bilsin bəyənsə belə sonradan qüsurumu bilib istəməyəcək məni. Bunun üçün gərək qüsurumu əvvəldən desin, sonra razı olarsa gizlində göstərsin məni qardaşa. Bacı bunları dediyim üçün məndən incidi. Onun inciməyə haqqı varmı? Mən qüsurlu insanam, şəklimi göndərdiyim insan məni ya bəyənməsə ya qüsurumu qəbul eləməsə çox pis təsir edəcək axı mənə. Bir bacı kimi o mənim nə hala düşəcəyimi fikirləşmədi. Bu məsələdə kim haqlıdır? Əgər mən səhv etdimsə bacıdan halallıq alım. Qeyd edim ki mən küsməmişəm. Həmdə qardaşların sünnəyə uyğun baxış var ikən, şəkil tələb etməsi nə dərəcədə doğrudur? Allah razı olsun.
Cavab:
Aleykum salam. Bu halda dediyiniz kimi edə bilərsiniz və rəfiqənizin sizdən inciməyə haqqı yoxdur. Üstəlik şəkli istəmədiyiniz adamlar görə bilərlər, həmçinin şəkilə baxaraq bəyənmə aldadıcı ola bilər. Doğrusunu Allah bilir. Allaha dua edirik ki, sizə saleh ər və gözəl ailə nəsib etsin.