Dinlə maraqlanıram və dərslərə həvəsim itib, universitetə mütləq girməliyəm?
Aleykum salam. Sözsüz ki, sizin Allah dini ilə maraqlanmanız, dünya və axirət həyatında sizə fayda verəcək elm öyrənməniz çox gözəldir. Amma nəzərə alın ki, İslamda ancaq dini öyrənərək dünyəvi şeyləri tərk etmək yoxdur. Uca Allah buyurur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma" (əl-Qasas, 77).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələr həm dini öyrənir və təbliğ edir, həm də ailələrini dolandırmaq üçün işləyir, ticarətlə məşğul olur və s. dünyəvi işlər görürdülər. Dinimizdə qadınların da ehtiyac anında işləməsinə icazə verilmişdir, bəzən isə qadınların işləməsi zəruridir (məsələn, bacarıqlı qadın həkim tapa bilməyərək müsəlman qadınlar bədənlərini naməhrəm kişi həkimə göstərmək məcburiyyətində qalmasınlar deyə).
Siz də Uca Allaha asanlaşdırması üçün dua edərək, dərslərinizi yaxşı oxuyun və gələcəkdə dində icazə verilən şəkildə işləyərək müsəlmanlara fayda verin, öz əxlaqınızla və işinizi gözəl bilməyinizlə hamıya nümunə olaraq onları islama dəvət edin. Həmçinin oxuyun: Bir iş ağır gəldikdə oxunan dua