Allahın ən çox sevdiyi söz hansıdır?

    07.01.2014
Sual: 
Salam aleykum AALLAIN EN SEVDIYI SOz hansidir?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Dilə yüngül, çəkidə ağır gələn və ər-Rahmənə (Allaha) sevimli olan kəlmə bunlardır: "Subhəənəllaahi va bihəmdihi, subhəənəllaahi-l-aziim". Tərcüməsi: Allahı ən kamil sifətləri ilə tərifləyərək Onu bütün nöqsanlardan uzaq tuturam. Əzəmətli Allah pak və nöqsansızdır. (Səhih əl-Buxari 7/168; Səhih Muslim, 4/2072).

Teqlər: 
Paylaş: