Peyğəmbərimizin valideynləri müşrik olubsa, niyə atasının adı Abdullah idi?
Aleykum salam. Peyğəmbərin zamanında da insanların əksəriyyəti müşrik, kafir olsalar da belə onlar Allahı, yaxud Allahın qulları olduqlarını danmırdılar. Onlar ibadətdə bütləri özləri ilə Allah arasında vasitəçi tutduqları üçün müşrik (şərik qoşan) idilər: "Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər! Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir. Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) başa düşmür. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar. (Bu ona görədir) ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və (hələlik) əylənsinlər. Amma tezliklə biləcəklər. Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?" (əl-Ənkəbut, 61-68)