Bu il ramazan ayı nə vaxt başlayır?

    13.01.2015
Sual: 
Selamu aleykum.Bu il 2015-ci il ramazan ayi ne vaxt baslayir?
Cavab: 

Aleykum salam. Bu il Ramazan ayı inşallah, təxminən İyun ayının ortalarında başlayacaq. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir. Peyğəmbər buyurmuşdur: “Ramazandan əvvəl oruc tutmayın, onun hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini otuz hesab edin” (ət-Tirmizi).
Bu hədisdən aydın olur ki, Ramazandan əvvəl gələn Şaban ayının 29-u hilalı (ayı) görmək mümkün olmasa, onda həmin ayı 30 günə tamamlayıb ertəsi gün oruc tutmağa başlanılmalıdır. Həmçinin, bu üsulla Ramazan ayının sonu təyin edilir.

Teqlər: 
Paylaş: