Xristianları sevməmək günahdırmı?

    21.01.2015
Sual: 
salam menim bir sualim var men muselmanam xiristiyanlardan zehlem gedir sizce bu gunahdir
Cavab: 
Aleykum salam. Uca Allah ümumiyyətlə qeyri-müsəlmanları sevməyi qadağan etmişdir: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz". (əl-Maidə, 51).
"Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik". (Ali-İmran, 118).

Amma nəzərə almalısınz ki, onlara qarşı ədalətsiz davranmaq olmaz. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Maidə, 8).
Paylaş: