Bidət nədir? Elm və texnikanın inkişafı bidət sayılırmı?

    26.01.2015
Sual: 
SalAm aleykum. Mən bidət barədə cox məsələ ilə əlaqədar sizinlə razılaşıram. Amma arada mənə belə düşüncələr gəlir ki, axı Peygəmbərimizin zamaninda da internet olmayib ama biz indi internet vasitəsilə coxlu məlumatlar əldə edirik. Deməli o da bidət sayılır ki, biz peygəmbərimizin etmədiyi şeyləri edirik.bir də mən turklərdən bidəti-həsənə deyə birşey eşitmişəm mənası yaxşı bidətdir. Xahiş edirəm açıqlayardız . Allah razı olsun.
Cavab: 

Va aleykum Salam. İslamda tənqid olunan bidət, dində edilən yeniliklərdir. Çünki, Allah və Onun Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan ediblər. Elm və texnikanı inkişaf etdirmək isə müsəlmanların etməli olduqları şeylərdəndir. Yəni, dünya məsələlərinə aid olan şeydə inkişafın olması dinə zidd deyil, əksinə dinin tələbidir. Qadağan olan yenilik - dində yenilik etməkdir. Bu böyük günahlardan sayılır. Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Məidə, 3). Bu ayədə Uca Allah dinin tamamlandığını, kamil olduğunu və yeniliyə ehtiyac olmadığını bildirmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu işimizdə ondan olmayan bir yenilik edərsə, bu qəbul olunmayıb, rədd olunacaq". (əl-Buxari, 2697; Muslim, 1718). Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər xütbəsinə başlayarkən deyirdi: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Əhməd, 1/435; Əbu Dəvud, 4067; ən-Nəsəi: "Sunən", 3/188).
Həmçinin, demişdir: "Ha­­mı­dan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə ho­vuz­­dan su içər, on­dan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcə­yəm. Mənə belə de­yi­ləcək: "Sən bilmirsən, onlar səndən sonra nə ye­niliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsun­lar" - deyəcəyəm. (əl-Buxari, 6583; Muslim, 2290).
Uca Allah bidəti qadağan edibsə, necə ola bilər ki, "yaxşı bidət" (bidəti-həsənə) olsun?

Paylaş: