Telefona gələn SMS-də deyilir ki, bunu paylaşmasan sənə nəsə olacaq
Aleykum salam. Belə şeylərə əhəmiyyət vermək lazım deyil, belə deyənlər sizə heç bir ziyan verə bilməzlər. Uca Allah buyurur: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir". (əl-Ənam, 17).
Abdullah ibn Abbas (Allah ondan razı olsun) belə demişdir: "Bir gün mən peyğəmbərin (salləllahu aleyhi və səlləm) arxasında idim. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Ay uşaq, (yauxd ey oğlan!) mən sənə bir neçə kəlmə öyrədəcəyəm: Allahı qoru ki, O da səni qorusun! Allahı qoru ki, Onu önündə görəsən. Bir şey istəyəndə Allahdan istə! Kömək dilədikdə Allahdan dilə! Bil ki, əgər bütün ümmət (bəşəriyyət) birləşib sənə bir xeyir vermək istəsə, yalnız Allahın yazdığı qədər xeyir verə bilərlər. Əgər toplaşıb sənə nəsə bir zərər vermək istəsələr, yalnız Allahın yazdığı qədər zərər verə bilərlər. Artıq qələmlər qaldırılıb, vərəqlər də qurumuşdur". (ət-Tirmizi).