Cənnətə ilk girənlər kimlər olacaq?

    24.01.2015
Sual: 
Salam aleykum. CƏNNƏTƏ İLK GİRƏNLƏR kimlər olacaq?
Cavab: 

Aleykum salam. Amr ibn əl-As (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Allahın yaratdıqlarından Cənnətə birinci kimin daxil olacağını bilirsinizmi?" Yanında olan səhabələr (radıyəllahu anhum) belə dedilər: "Allah və Onun Rəsulu daha yaxşı bilir!" O, buyurdu: "Allahın yaratdıqlarından Cənnətə ilk daxil olanlar, yoxsullar və bütün yolları bağlanmış biçarə hicrət edənlər olacaq. Onların düçar olduqları bu çətin vəziyyət insanları qorxuya salır və onların istəkləri, məqsədləri ürəklərində qaldıqları halda ölürlər. Allah mələklərdən istədiyinə buyuracaq: "Onların yanına gedin və onları salamlayın!" Mələklər deyəcəklər: "Biz səmanın sakinləri və yaratdıqlarından Sənin seçdiklərinik. Sən bizə əmr edirsən ki, biz bunların yanına gəlib onlara salam verək?" Bu zaman Uca Allah belə buyuracaq: "Onlar Mənə ibadət edib, Mənə heç bir şeyi şərik qoşmayan və bütün yolları bağlanmış biçarə bəndələrimdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır və onlar istəkləri ürəklərində qaldıqları halda ölüblər və məqsədlərinə də çata bilməyiblər. "Bundan sonra mələklər onların yanına gəlib deyəcəklər. "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 24). (Qüdsi hədsilər silsiləsindən. İmam Əhməd, 6282, 6570, 6727).

 

Teqlər: 
Paylaş: