Qədirbilməzə yaxşılıq etmək günahdırmı?

    27.01.2015
Kimdən: 
pervane
Sual: 
Salam qedirbilmeze yaxsiliq etmek gunahdir?
Cavab: 

Aleykum salam. Yaxşılığın qədrini bilməyənlərə yaxşılıq etmək günah yox, savabdır, çünki onlar qiymətləndirməsələr də, Uca Allah qiymətləndirir: "Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: "Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik! Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər". (əl-İnsan, 8-11).
"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34).
"Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Aza şükr etməyən çoxa da şükr etməz. İnsanlara təşəkkür etməyən, Allaha da şükr etməz. Allahın nemətləri haqda danışmaq şükr, danışmamaq isə nankorluqdur. Toplu (camaat) halında olmaq mərhəmət, ayrılıq (firqələnmək) isə əzabdır". (ət-Tirmizi).

Paylaş: