Özümə bəd dua etmişəm, nə edim ki, qəbul olmasın?

    26.01.2015
Sual: 
Es selemun aleykum Mən özümə pis bəd dua etmişəm. Qorxuram Allah qəbul edər. İndi çox peşmanam. Həmin dua yerinə yetməsin deyə nə edim? Xahiş edirəm tez cavablayın.
Cavab: 

Aleykum salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Davud, 4/327).
Ənəsdən (radıyəllahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanlardan olan bir xəstə kişini ziyarət etdi. O, artıq zəifləyərək cücə kimi olmuşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "Sən Allaha dua edərək Ondan nəsə istəyirdinmi?" Dedi: "Bəli. Deyirdim Allahım, mənə axirətdə cəza verəcəksənsə, onu dünyada ikən mənim üçün tezləşdir". Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Subhənəllah. Ona gücün yetməz. Belə deyə bilmirdinmi ki, Allahım bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru?!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun üçün Allaha dua etdi və (Allah Təala da) ona şəfa verdi". (Muslim, 6776; İmam Əhməd, 3/107; ət-Tirmizi, 3487).
Ona görə də tövbə edin və Allaha yalvararaq dua edin ki, sizi bağışlasın etdiyiniz bəd duaya cavab verilməsin. Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
 

Teqlər: 
Paylaş: