Bir ay oruc tutmağı əhd etmişdim, hamilə olduğum üçün tuta bilmirəm...

    28.01.2015
Kimdən: 
arzu
Sual: 
Mən keçən il ehd etdimki sevdiyim insanla ailə qurum 1 ay oruc tutacam ,indi sevdiyim insanla ailə qurmuşam ve hamiləyəm belə bir vəziyyətdə oruc tuta bilmərəm ehdimi yerinə yetirə bilmədim neyniyə bilərəm?
Cavab: 

Salam aleykum. Əvvəla deyək ki, bu qaydada nəzir deyilməsi bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir. Əvvəlcə oruc tutub, sonra niyyətin həyata keçməsini gözləmək daha yaxşıdır. Hər bir halda deyilən nəzir imkan daxilində mütləq yerinə yetirilməlidir. Uca Allah buyurur: "Sözsüz ki, itaətkarlar kafur qatılmış badələrdən nuş edəcəklər. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsən, 5-9).
Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın”. (əl-Buxari, 6696).
Əgər hamilə olduğunuza görə söz verdiyiniz orucu tuta bilmirsinizsə, çalışın hamiləlikdən azad olduqdan sonra tutasınız. Həmçinin oxuyun: Hamilə qadın oruc tuta bilərmi?

Teqlər: 
Paylaş: