Öpmək qüslu vacib edirmi?

    31.01.2015
Sual: 
Əssalamun əleyhimə Bağışlıyın verdiyim suala görə.Ama bunu bilmək istərdim ki, oğlanla öpüşəndən sonra hansı quslu vermək lazımdır?
Cavab: 

Aleykum salam. Ümid edirik ki, oğlan dedikdə ərinizi nəzərdə tutursunuz. Bu halda qüsl pozulmur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, "peyğəmbər (salləllahu aleyhi va səlləm) öz xanımlarından bəzilərini öpdü, sonra da namaza çıxdı və dəstəmaz almadı". (Əbu Dəvud, 1/201 (178); Nəsəi, 1/104; Əhməd, 18/47 (25767); Dəraqutni, 1/140-141; İbn Məcəh).

Bu şeyi naməhrəmlə etmisinizsə, sizi Allahdan qorxaraq tövbə etməyə çağırırıq. Uca Allah buyurur: "Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?"– deyəcəklər. Dəriləri deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız". Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz." (Fussilət, 20-24)

Paylaş: