Həkim xəstənin sağalmasını istədiyi halda onun ölməsi, həkimə günah sayılırmı?
Sual:
Salam aləykum. xəstənin ölümü həkim üçün günah sayılır. Təbii ki, həkim xəstəsinin sağalmasını istədiyi halda xəstə dünyasını dəyişir. Bu həkim günah sayılır?
Cavab:
Aleykum salam. Savadlı və işini yaxşı bacaran həkim xəstəni sağaltmağa çalışarkən, xəstənin ölməsi həkim üçün günah deyil. Amma savadı və bacarığı olmadığı halda müalicəyə girişən həkim, hətta xəstənin sağalmasını istəsə də, xəstənin ölümü üçün günah daşıyır. Uca Allah buyurur: "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq". (əl-İsra, 36).
"Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var)". (əl-Əhzab, 5).