Əlləri ilə bəzi xəstəlikləri sağaldanların əməli Allah vergisidir, yoxsa şeytan işi?

    04.02.2015
Sual: 
Men bir insan taniyiram,elleriyle bezi xestelikleri sagaldir,Bu seytan emelidi,Yoxsa Allah vergisi?
Cavab: 

Salam aleykum. Massaj yaxud buna bənzər vasitələrlə müalicə edirsə, burada problem yoxdur. Əgər uzaqdan, toxunmadan müalicə edirsə, bu şeytanlarla əlaqədardır və belə şeylərdən çəkinmək lazımdır. Bu insanlar xəstəlikləri müalicə edə bilsəydilər, hamı onların yanına axışardı. Onların təsiri isə müvəqqəti yüngüllük gətirir, müalicə etmir. Əgər bunun təsiri varsa, deməli ortada şeytanların həmin müalicə olunan adama vəsvəsəsi var ki, təsirini hiss etsin və inansın. Bu Allahdan deyil, "şeytanlardan olan vergi" adlandırdığımız vəsvəsədir. Ona görə də, xəstəlikdən müalicə olunmaq üçün bilikli, təcrübəli həkimə getmək lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 90).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi).

Teqlər: 
Paylaş: