İŞİD nəyə əsaslanaraq insanlara işgəncə verir?

    08.02.2015
Sual: 
Salam aleykum.məni çox maraglandıran bir sual var. İşıd adı altında bir qrup insanlar din adından insanların başını kəsirlər. Bu nə dərəcədə düzgündür? Onlar hansı ayəyə hansı hədisə əsaslanıb bunu edirlər? Axı bizim peyğəmbərimiz daşlandığı halda belə arxasını dönüb bir bədd dua belə etməyib.
Cavab: 

Aleykum salam. Bu cür terrorçu qrupların İslamla heç bir əlaqəsi yoxdur, çünki onlar kafirlərlə yox, müsəlmanlarla vuruşurlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari; Muslim; İmam Əhməd).
Həmçinin dinimiz ən qəddar düşmənə də işgəncə verməyi qadağan edib. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dünyada insanlara işgəncə tətbiq edənlərə Allah da o biri dünyada cəza verir". (Muslim; Əbu Davud).
Rəvayətə görə bir dəfə ən zalım düşmənlərdən biri əsir düşüb müsəlmanların əlinə keçmişdi. Bəzi adamlar ona əzab vermək istədilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu qətiyyətlə qadağan edib dedi: "Mən ona işgəncə vermərəm. Əgər belə etsəm, peyğəmbər olsam belə, Allah məni də eyni qaydada cəzalandırar". (Hədis səhihdir).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) vida həccində demişdir: "Ay yazıqlar! Məndən sonra bir-birinizin boynunu vuraraq kafir olmayın!" (Muslim). Həmçinin oxuyun:

Paylaş: