Sirkə haramdırmı?
Sual:
Salam aleykum.Üzümnən hazırlanan sirkani yeməklərdə, salatlarda istifadə etmək günahdırmı? Sirkə icki kimi haram sayılırmı? Təşəkkürlər.
Cavab:
Və aleykum Salam. Sirkə halaldır. Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ailəsindən: “Yeməyə nə var?”– deyə soruşmuş, onlar: “Evdə sirkədən başqa bir şey yoxdur”– deyə cavab vermişlər. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) sirkəni gətizdirib onu çörəklə yeyə-yeyə: “Nə gözəl qatışıqdır bu sirkə, nə gözəl qatışıqdır bu sirkə!”– demişdir”. (Muslim, 2052).