Peyğəmbərin mərhəməti

    27.01.2015

Rəvayət edilir ki, İbn Abbas demişdir: "Qureyşlilər Peyğəmbərin yanına gəlib dedilər: “Rəbbinə dua et ki, Səfanı bizim üçün qızıla döndərsin, biz də sənə iman gətirək”.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “İman edə­cəksinizmi?”
Onlar: “Bəli!”- deyə cavab verdilər.
O, Rəbbinə dua etdikdə Cəbrail onun yanına gəlib dedi: “Rəbbin sənə salam göndərir və buyu­rur: “İstəyir­sənsə, Səfanı onlar üçün qızı­la çevirim. Lakin bundan sonra aralarından kafir olanlara aləm­lərdə heç bir kəsə vermədiyim əzabı verəcəyəm. Yaxud istə­yir­sənsə, onlar üçün tövbə və mərhəmət qapısını açım”.
Pey­ğəm­bər dedi: “Tövbə və mərhəmət qapı­sını onların üzünə aç!” (Silsilətul-Əhədisis-Sahiha, 3388).

Qureyş Məkkədə məskunlaşan, Muhəmməd Peyğəmbərin mənsub olduğu ərəb tayfasıdır. Səfa isə Məkkədəki Məscidul-Həramın şərq hissəsində yerləşmiş iki təpəlik­dən biridir. 
Paylaş: