Dinimizdə qiblə haqqında nə deyilir?

    14.02.2015
Kimdən: 
Hüseyn Şerurlu
Sual: 
Salam alekum ! Peyğember(s.a.s)`imizin qebri bilindiyi kimi Medinede yerleşir ama melumat almaq isteyirem ki qibleye terefdirmi? Deyilene göre qible istiqametinde sol terefde yerleşir mehz niye qibleye doğru deyilde onun soluna doğru? Ümumiyyetle Qurani-Kerimde yaxud Sehih hedislerde qible haqqında ne deyilir. Yoxsa bu bidetdirmi(dinde yenilik) .. Salam alekum ALLAH razı olsun
Cavab: 

Aleykum salam. Qiblə müsəlmanların namazda üz tutduqları istiqamətdir. İslamın ilk vaxtlarında müsəlmanlar Qüds (Yerusəlim) şəhərinə üz tutaraq namaz qılırdılar. Daha sonra Uca Allah aşağıdakı ayələri nazil edərək Məkkədəki Kəbəyə tərəf yönəlməyi əmr etdi: "Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən (gələn) haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir". (əl-Bəqərə, 149).
"Səfeh adamlar deyəcəklər: "Onları üz tutduqları qiblədən döndərən nə oldu?" De: "Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!". (əl-Bəqərə, 142).
Uca Allah həmçinin buyurur: "Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir". (əl-Bəqərə, 143).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbri qiblənin soluna doğru deyil, sadəcə Mədinədəki Peyğəmbər məscidinin içində, üzü qibləyə tərəf durduqda məscidin sol tərəfində yerləşir.

Paylaş: