Kişinin ağlaması doğrudurmu?

    19.02.2015
Kimdən: 
Elmar
Sual: 
Kim deyir ki, kişi ağlamaz?! Hz. Məhəmməd (s.a.s.) ümmətim-ümmətim deyə göz yaşı tökmədi mi?! Hz. Əli Xanımlar xanımı xanım Fatimeyi Zəhra üçün göz yaşı tökmədi mi?! Əsl kişi ağlayar.. Eşq deyər ağlayar, Əfv deyər ağlayar, ALLAH deyər ağlayar..! Bu sehihdirmi?
Cavab: 

Aleykum salam. Kişilərin ağlaması doğrudur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allah qorxusundan ağlayan kəsin Cəhənnəmə girməsi südün əmcəyə geri qayıtması kimi mümkün deyil. Allah yolunda (cihad zamanı) qaldırılmış tozla Cəhənnəmin tüstüsü heç vaxt bir yerdə olmaz" (Tirmizi, Nəsai). Abdullah ibn əş-Şixxir (radıyallahu anhu) belə demişdir: “Allah Rəsulu namaz qılarkən hüzuruna gəlmişdim. O əsnada elə ağlayırdı ki, sinəsindən qaynayan qazan kimi səs gəlirdi”. (Əbu Davud, Salat 158)

Amma bu, təklikdə ağlamağa aiddir. Günümüzdə bəziləri camaatın qarşısına çıxaraq bərkdən, qışqır-bağır salaraq ağlayır və camaatı ağladır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294). "Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291).

Daha ətraflı: Dua edərkən ağlamaq olarmı?

Paylaş: