İslama görə dayı oğlu ilə bibi qızının evlənməyində problem varmı?

    08.01.2014
Sual: 
Salam aleykum. Dayi oglu ile bibi qizinin evlənməyində dini cəhətdən bir problem var?
Cavab: 

Aleykum salam. İslam dininə görə dayı oğlu ilə bibi qızının evlənməyində heç bir problem yoxdur. Çünki, İslam dininə görə bibi qızı naməhrəm, yəni evlənməyə icazə verilən qadınlardan sayılır. Məhrəm qadınlar, yəni evlənməsi haram olan qadınlar isə aşağıdakı ayələrdə qeyd edilir: "Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi". (ən-Nisə, 22-24).

Teqlər: 
Paylaş: