Yəsir və Ammar ibn Yəsir haqqında

    14.02.2015
Sual: 
Salam Aleykum ve Rahmatullahi ve bereketahu...Allah razi olsun suallarimi cavab yazirsiz. bilmek istetdimki Yasir adinda sehabe olub gorunuwce nece olubdu daha etrafli onun haqda bilmek istetdim..Birde turkler Ammar bin Yaser ..Bezileri Ammar Ibn Yasir ...Eslinde necedi bu sehabenin adi...????? Cennet 3 sehabe ucun darixir onlardan biri Yasirdi Bele ewitmiwem bu dogrudurmu???? Birde bimmek isterdim Meselen Ebu Talha sehabe Ebu ne demekdi??? Omer Ibn ..Musab bin Umeyr...Yeni birinci atanin adi yazilir sehabenin adindan once???
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

  1. Yasir haqqında buradan oxuyun: Yasir adlı səhabə olubmu və bu adın mənası nədir?  
  2. Ammar ibn Yasir,  Yasirin oğlunun adıdır. O, uzun boylu, qara yanız, ala gözlü və geniş çiyinli bir adam idi. Ammar ibn Yasir, Bədrdə, Xəndək günü, Rizvan beyətində və Rəsulullahın (sallallahu aleyhi və səlləm) olduğu bütün döyüşlərdə Onunla birlikdə olmuşdur. Ammar ibn Yasir yalançı peyğəmbərlik iddiasında olan Museylimənin lideri olduğu Yəməmə qəbiləsinə qarşı döyüşmüş bu döyüşdə bir qulağını itirmişdir. Hicrət əsnasında tikilən ilk məscidin inşaasında iştirak etmişdir. Ömrünü Allaha və Rəsuluna qarşı sədaqət və itaətlə keçirib. Peyğəmbər onun bu xüsusiyyətinə bu ifadələrlə belə buyurardı: "Aranızda nə qədər daha qalacağam bilmirəm. (Əbu Bəkr ilə Öməri işarə edərək) məndən sonra onlara tabe olun. Ammar ibn Yasirin hidayəti kimi hidayət tapın, İbn Məsudun söylədiklərini təsdiq edin!" . Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmçinin buyurmuşdur: "Cənnət üç nəfər üçün darıxır: "Əli ibn Əbu Talib, Ammar ibn Yəsir və Salman Farisi". (Həkim, əl-Mustədrak 3/148)
  3. "Əbu" sözünün mənası "atası" deməkdir. Ərəblərdə kişini bəzən birinci oğlunun adının qarşısına "Əbu" sözü əlavə edərək çağırırdılar. Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) də "Əbul-Qasim", yəni "Qasimin atası" deyilirdi. Qadınlarda isə "ummu" ("anası") sözünu əlavə edirdilər. "İbn" isə oğlu deməkdir. Ammar İbn Yasir - Yasirin oğlu Ammar deməkdir.
Teqlər: 
Paylaş: