Beşikdə ikən danışmış peyğəmbər kim olub?

    14.02.2015
Sual: 
Salam Aleykum..Sualim odur ki Hansisa Peygamber bewikdeyken daniwib bu duzdu?? Birdeki O videolarda gosterirler ki 3 ayliq uwaq le ile he Illellah deyir men inanmiram . Bir never in qoca qadinin eli yanmiwdi Sonra elinin ustune Allah sozu yazildi...biride guy ayuxudayken Qurandan sureler oxuyur aMa ayilanda bilmir oxumaga.....
Cavab: 

Aleykum salam. Beşikdə ikən danışmış peyğəmbər Məryəm oğlu İsa (Allahın Ona salamı olsun) olub. Uca Allah buyurur: "(Məryəm) ona işarə etdi. Onlar dedilər: "Beşikdə olan körpə ilə necə danışaq? (Körpə dil açıb) dedi: "Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi". (Məryəm, 29-30).
Daha ətraflı: 
Məryəmin İsanı dünyaya gətirməsi
Beşikdə ikən danışmış körpələr
Digər suallar haqqında isə məlumatımız yoxdur.

Teqlər: 
Paylaş: