Ov əti nə vaxt halal sayılır?

    14.02.2015
Sual: 
Salam aleykum. Ov əti hansı hallarda halal , hansı halda haram sayıkır.ehram halı nə deməkdir? Allah razı olsun. Haqqınızı halal edin.
Cavab: 

Aleykum salam.

  1. Ov etdikdə "bismilləh" (Allahın adı ilə!) demək lazımdır. Rəvayət edilir ki, Adiy ibn Hatim belə demişdir: "(Bir dəfə) mən peyğəmbər sallallahu aleyhi və səlləm) mirad deyilən oxla vurulmuş ov barsində soruşdum. O belə dedi: "Oxun iti ucu ilə vurulmuşsa, yeyə bilərsən, yox əgər gövdəsi ilə vurulub öldürülmüşsə, bu vəqizdir". Mən ondan ov itinin (ovladığı heyvan) barəsində soruşdum. O dedi: "Sənin üçün tutduğundan yeyə bilərsən. Çünki ov itinin tutduğu heyvan murdar sayılmır. Hər halda öz itinin və ya itlərinin yanında başqa bir it görsən, onun ova toxunduğundan ehtiyat etsən, yemə! Çünki sən öz itini ovun üstünə göndərəndə "bismilləh" demisən, o biri itin üçün isə Allahın adını çəkməmisən". Vəqiz - Dəyənəklə vurulub öldürülmüş heyvana deyilir. Belə heyvanın ətini yemək haram buyurulmuşdur. (əl-Məidə surəsi , 3-cü ayəyə bax)". (əl-Buxari, 5475).
  2. İhram kişilərin həccdə geyindiyi, iki ağ bezdən ibarət xüsusi geyimdir. İhram geyinərək həcc və ya ümrə ziyarətləri zamanı ibadət ayinlərini yerinə yetirməyə başlayan şəxs adi vaxtlarda etdiyi bəzi hərəkətləri edə bilməz. İhram (ehram) məhz belə bir qadağaya daxil olmaq deməkdir. Paltarın ağ olması bəyənilir. Həmçinin ayaqqabı da geyinilə bilərlər. Qadınlar isə kişilərə oxşamamaq şərti ilə istədikləri örtülü paltarı geyinə bilərlər. Ehrama girmədən bu ibadətlər başlanmış hesab edilmir. Ona görə də ehrama girmək həcc və ümrə ibadətlərinin vaciblərindən sayılır.
Paylaş: