Ərim məni arxadan cinsi əlaqədə olmağa məcbur edir, günah qazanırammı?

    05.02.2015
Sual: 
salam aleykum.evvelce sualim üçün çox çox üzr isdeyirem sizdem.çoxdan meni narahat edir ve heç kimden soruşa bilmediyim üçün size yazıram.men aileliyem hicablı xanımam namazda qılıram.ancaq yoldasim qılmır.biz çox mehriban oldugumuz üçün ona yox deye bilmirem desemde meni anal elaqeye mecbur edir.tam açıx desem spermada deyir.meni üzrlü sayln ne olar çox utanıram bura yazdıgım üçün.namaz qılıram olmaz deye başa salıram biraz vaxt elemir sora yene başlıyır tövbe elediyimi demişdim yenede eşitmir meni.mene bir meslehet verin.günahmı qazanlram buna göre.ne etmeliyem.çox sag olun.eger bu sualımı burda görünmeyi cox ayıbdırsa cavablandırmayın.men çox mevbur olub yazdım.çox narahat edir meni.
Cavab: 

Aleykum salam. Ər-arvad arasında cinsi əlaqə öndən (cinsiyyət üzvündən) olmaq şərtilə, istənilən pozada ola bilər. Arxadan (anusdan) əlaqə böyük günahdır. Uca Allah buyurur: "Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqlə­yərsə, artıq Muhəmmədə r nazil olanı inkar etmişdir". (ət-Tirmizi, 135; İbn Məcəh, 639). Digər hədisdə deyilir: "Qadına arxasından (arxa orqa­nın­dan) yaxınlaşan lənətlənmişdir". (İmam Əhməd, 10206; Əbu Davud, 2164).
Ona görə də, sizə vacibdir ki, bu şey üçün ərinizə şərait yaratmayasınız və sizdən tələb etdikdə imtina edəsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
Əgər sizi zorla məcbur etsə, onda sizə yox, ona günah yazılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Həmçinin ərinizi gözəl əxlaqla namaza və Allahın əmrlərinə dəvət etməlisiniz. Daha ətraflı: İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: