Tək tanrılı dinlər bizə şumerlərdən keçibmi?
Sual:
Salam.2 sualım var.1-ci sualım-Tək tanrılı dinlərin bizə şumerlərdən keçməsinə dair məlumatınız var? 2ci sualım- Məscidin ən uca hissəsindəki hilal şəklində olan ayın mənası nə deməkdir? Ümumiyyətlə islam dinində hilal şəklində olan aya niyə əhəmiyyət verilir?
Cavab:
Aleykum salam.
- Bu sualı tarixçilər daha yaxşı bilər. Tək tanrılı dinlər batil din də ola bilər, məsələn tək bir bütə ibadət etmək tək tanrılı dindir. Doğru tək tanrılı din isə yalnız Allaha ibadətdir. Yalnız Allaha ibadətin tarixi ilk insan Adəmin yaradılışından başlayır. Həmçinin oxuyun: Bütün peyğəmbərlər namaz qılıblarmı?
- Aypara simvolu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və ondan sonrakı rəşidi xəlifələrin dövründə olmamışdır. Onlar İslamı hər hansı bir simvolla əlaqələndirməyiblər.