Musiqi haramdırsa, qadın məclisində niyə haram deyil?
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) musiqini qadağan etsə də, qadınlara öz aralarında dəf çalmaq, oxumaq və oynamağa icazə vermişdir, çünki bu qadınların fitrətinə uyğundur, əylənməyi sevirlər. Muavvizin qızı Rubeyyi (Allah ondan razı olsun) deyir ki, evləndiyimdə peyğəmbər (salləllahu aleyhi və səlləm) toyuma gəldi və yatağımın üzərinə oturdu. Cariyələrimiz həm dəf çalır, həm də bədr savaşında öldürülən əcdadlarımızın vəsflərini söyləyirdilər. Bu vaxt onlardan biri: "İçimizdə sabah nə olacağını bilən peyğəmbər (salləllahu aleyhi və səlləm) də var. (Başqa rəvayətdə: Sabah nə olacağını sadəcə Allah bilir (ət-Tabərani: "əl-Cəmius-Sağir" səh: 69; əl-Hakim, 2/184; əl-Beyhəqi, 7/289) dedikdə peyğəmbər (salləllahu aleyhi və səlləm): "Belə sözlərdən çəkin, əvvəl söylədiklərinə isə davam et" deyə buyurdu". (əl-Buxari, 2/352, 9/166; əl-Beyhəqi, 7/288-289; Əhməd, 6/359-360).
Aişə (radıyəllahu anhə) rəvayət edir ki, mən Ənsardan birinə gəlin aparırdım. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Ey Aişə! Dəfiniz yoxdurmu? Ənsar dəfi sevir" deyə buyurdu". (əl-Buxari, 9/184-185; əl-Beyhəqi, 7/288; əl-Hakim 2/184).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Halal və haram nigahların arasını ayıran dəf çalınmasıdır (yəni haram nigah gizli edilir, dəf çalınmaz. Halal nigah isə dəf çalınaraq elan edilir)". (ən-Nəsəi, 2/91; ət-Tirmizi, 2/170).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Nigahı elan edin". (ət-Tabərani, 69/1; əl-Məqdisi, 150/1). Həmçinin oxuyun: Musiqi niyə günahdır?