"Yə Bəəqii Əntə-l-Bəəqii" ifadəsinin mənası nədir?
Sual:
Salam aleykum 'ya baki entel baki' sozunun mənasl nədir və dinimizdə buna aid nə var?
Cavab:
Aleykum salam. Bu sözün mənası "Ey əbədi (daimi olan), Sən əbədisən (daimisən)!"
əl-Bəqi (Əbədi, Daimi olan) Allahın adlarından biri hesab olunur. Uca Allah buyurur: "(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir (Baqidir)". (ər-Rahmən, 27-28).
"Xeyr, siz dünya həyatını (olduqca) üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir (Baqidir)". (əl-A'lə, 16-17)