Hamilə qadın uşağının sağ-salamat doğulması üçün hansı duaları oxumalıdır?

    25.02.2015
Kimdən: 
gulseb
Sual: 
Salam menim 3ayliq uwaqim duwub men mualice edirem mikroblarim var hekim helelik uwaqa qalmaqa qoymur İnwallah uwaqa qalan zaman hansi dualari oxuyum ki uwaqim duwmesin saqsalamat doqulsun
Cavab: 

Aleykum salam. Quran və səhih hədislərdə bu barədə hansısa bir dua bildirilməmişdir. Amma alimlərə görə bu halda ümumən Qurani kərim oxumaq və ya dinləmək faydalıdır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır". (əl İsra, 82)
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qəbul olan duaları sadaladıqda onlardan birinin də valideynin övladı üçün etdiyi dua olduğunu bildirmişdir. Ona görə də Allaha çox dua etmək və ibadətləri yerinə yetirmək lazımdır. Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: