Kürk (şuba) geyinmək olarmı?
Aleykum salam. Şəriətə görə donuz və it istisna olmaqla heyvanın ətinin yeyilən və ya yeyilməyən, ölü və ya diri olmasından asılı olmayaraq dərisi, yunu, tükü və ya lələkləri təmiz sayılır və istifadə edilə bilər.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hansı dəri aşılanarsa, təmiz sayılar". (ət-Tirmizi, 1728; əl-Buxari).
Abdullah ibn Abbas (radıyəllahu anhumə) demişdir: "Məymunənin (radıyallahu anhə) kənizinə bir qoyun sədəqə edildi. Sonra həmin qoyun öldü. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun yanından keçdikdə belə dedi: Siz niyə onun dərisini çıxarıb almamısınız? Heç olmasa, dərisini aşılayardınız, sizə bir faydası olardı. Onlar dedilər: Axı bu meyitdir, ölüb! Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Onu ancaq yemək haramdır". (Muslim, 363).
Aşılamada məqsəd dəridən nəcasətin, rütubətin və qanın aparılmasıdır.