Şərab içən insanla bir yerdə yatmaq günahdırmı?

    25.02.2015
Sual: 
Icgi icen adamla biryerde yatmaq gunahdir
Cavab: 

Salam aleykum. Əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır. Amma onu gözəl əxlaqla günahdan çəkinməyə və Allaha itaət etməyə dəvət etməlisiniz. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
"...Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-Ənam, 164).
"Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
"Hər bir kəs qazandığının girovuna çevrilir". (əl-Muddəsir, 38).
"...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21).
Həmçinin Süleyman ibn Amr əl-Əhvazdan o da atasından rəvayət edir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vida həccində belə dediyini eşitdim: "Hər bir cani (günahkar) yalnız özünə qarşı cinayət (günah) etmişdir. Heç bir günahkar başqasının günahını, atanın günahını oğlu, oğlunun günahını da ata daşımaz...". (Hədisi İbn Məcəh rəvayət etmiş, əl-Albani də səhih demişdir).
Əbu Ramsə (Allah ondan razı olsun) nəql edir ki, oğlumla birlikdə Peyğəmbərimizin hüzuruna getdim. Məndən: "Bu sənin oğlundur? – deyə soruşdu. Mən də: Bəli, Ey Allahın Rəsulu, mənim oğlumdur. Oğlum olduğuna da șəhadət edirəm, – deyə cavab verdim. Peyğəmbərimiz: Nə sən oğlunun etdiyi günaha görə qınanacaqsan, nə də  oğlun sənin xətalarına görə qınanacaq", – dedi...". (Əbu Davud, 2/575; İmam Əhməd, 2/226). 

Həmçinin oxuyun: İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: