Həyat yoldaşın yalan danışması ailədə dava-dalaşa səbəb olur

    11.01.2014
Sual: 
Salam aleykum. Bacimin ailesinde 19 ildir ki, her shey ustunde dava dushur. İki ovladi da var. Her sheyin sebebkari ise yoldashinin yalan danishmasidir. Qadin ise yalan danishmagi sevmir deye, ailelerinde dava dushur. Bunlara dini cehetden necə meslehet vermek olar ki, ailelerinde sulh emin-amanliq olsun. Evvelceden teshekkur edirem cavablandiracağınız üçün...
Cavab: 

Aleykum salam. Yalan danışmaq böyük günahlardan hesab olunur. Bu barədə Uca Rəbbimiz Qurani Kərimdə möminləri bu cür nöqsanlı sifətlərdən uzaq tutaraq onları belə tərif edir: "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz)". (əl-Furqan, 72).
Həmçinin, Allah doğru danışanların aqibətini belə vəsf edir: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!, (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar". (əl-Əhzəb, 70-71). 
Amma qadın da öz növbəsində unutmamalıdır ki, islamda ərə itaət etmək qadın üçün vacib əməllərdəndir. Məhz elə bu səbəbdən də qadın səbrli, təmkinli olub, ərinə qarşı itaətkar, səmimi, mehriban və əxlaqlı davranmalıdır. Təbii ki, ərin qadın üzərində böyük haqları olduğu kimi qadının da əri üzərindəki haqları islamda danılmazdır. Əgər ailədə bu haqlar qarşılıqlı olarsa, o ailə mehriban, uzunömürlü olub, digərlərini də örnək olar. Bu cür məsələlərdə hər iki tərəfdən səbr və əzmkarlıq tələb olunur. Uca Allah belə buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 34).
 

Teqlər: 
Paylaş: