Oğlumun adı Romandır, bu adı dəyişmək lazımdırmı?
Sual:
1994 cü ildən 2013 ilə qədər Rossiyada yaşadim,ailəmlə birlikdə.Dinimizi dərindən bilmədiyimizə görə çox səhvlərə yol vermişik.3 övladımız var,Aygül,Aydan və Roman.İndi onun adını dəyşmək lazimdırmı?və oğlumun gələcək taleyi adın necə olmasından asılıdırmı?
Cavab:
Salam aleykum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) yalnız mənaları pis olan adların dəyişdirilməsini tövsiyə edərdi. Digər hallarda isə buna ehtiyac yoxdur. Roman adı əslən latın mənşəli söz olub mənası Rumlu (Romalı), Rumdan olan deməkdir, burada pis məna yoxdur. Ümumiyyətlə doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Həmçinin, bilmək lazımdır ki, uşağa dini ad qoymaq vacib buyurulmamışdır. Əsas şərt odur ki, qoyulan adların mənası gözəl olsun. Uşağın adının onun taleyinə də (qədərinə) təsiri yoxdur.