Təbii qorxu zamanı namazı yarımçıq kəsməyin hökmü?

    12.01.2014
Sual: 
Salam aleykum. Men bir defe namaz qilarken qabagima sichan chixdi ve namazi yarimchiq kesdim ve chox qorxdum. Gunah qazandim he?
Cavab: 

Aleykum salam. Sizin qeyd etdiyiniz qorxu təbii qorxudur. Təbii qorxu zamanı ibadətlərdə yaranan qüsur və naqisliklər insanı günaha salmaz. İnsanın fitrətində təbii qorxu yerləşdirilmişdir. Ona görə də insan səhvən, unudaraq və ya bilməyərək bir günah edərsə, Allah Təala onu bağışlayar. Qurani Kərimdə Uca Allah belə buyurur: "Bilmədən etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (əl-Əhzab, 5).

Paylaş: