Əlidən əvvəlki xəlifələr ona qarşı haqsızlıq ediblərmi?
Va aleykumus-Sələm və rahmatullahi və bərakətuhu. Verilən sualın geniş şərhə ehtiyacı olduğu üçün qısası onu demək olar ki, onlar biri-birlərinə mehriban qardaş olub və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) ən fəzilətli səhabələrindən sayılırlar. Onlar islamda "raşidi" xəlifələri kimi də məşhurdur. 1. Əbu Bəkr əs-Siddiq, 2. Ömər ibn əl-Xəttab. 3. Osman ibn Affan, 4. Əli ibn Əbu Talib (Allah onların hamısından razı olsun). Hədislərdən birində Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur ki; Mənim və raşidi xəlifələrinin sünnətindən möhkəm yapışın. Onların biri digərlərinin haqqına girmək məsələsinə gəldikdə isə Uca Allah belə buyurur: "Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız". (əl-Bəqərə, 134).
Həmçinin səhih hədislərdən birində Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurur: "Üç şey haqqında söhbət düşdükdə susun və xırdalıqlara getməyin. 1. Ulduzlar, 2. Qədər, 3. Əshabələrim". (Hədis səhihdir).
Lənətə gəldiksə isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) səhabələrini söymək, təhqir etmək və lənətləmək islamda "küfr" kimi böyük günahalrdan hesab olunur. Allah qorusun.