Kəffarəni yubatmaq olarmı?
Aleykum salam. İmkan ola-ola kəffarəni yubatmaq yaxşı hal deyil. Əgər imkan varsa, kəffarə ödənməlidir. Ümumən müsəlman Allaha qarşı sadiq və vəfalı olmalı, Allaha söz veribsə, bacardığı qədər sözünə və vədinə əməl etməlidir! Uca Allah buyurur: "Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsən, 7).
"...Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 34).
"Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir". (ən-Nəhl, 91).
"Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin...". (əl-Məidə, 1).
"Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır". (əs-Saff, 2-3).