Peyğəmbərimizin dövründə hansı idman və oyunlar keçirilmişdir?

    12.03.2015
Sual: 
Salam aleykum1) Peyğəmbərimizin 'Əylənin və oynayın. Çünki mən dininkzdə ağırlıq və təzyiq görməkdən xoşlanmıram' hədisi doğrudurmu? 2)Bir də peyğəmbərimiz hansı dünya oyunları, əyləncələrini etmişdir?3)hər hansı bir ibadətkar bəndəni şəfaətçi edərək dua etmək olarmı?
Cavab: 
Aleykum salam. Qeyd etdiyiniz hədis haqqında heç bir məlumatımız yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) idmana və sağlamlığa böyük önəm verməsi haqqında çoxlu hədislər var:
"Atıcılıqla və at sürməklə məşğul olun". (Səhih Muslim, İməra: 169).
"Müsabiqə yarış keçirmək, at və dəvə ilə ötüşmək, ox və buna bənzər şeylər atmaqdadır". (Əbu Davud, Cihad: 60) 
"…Allahı zikr etməyən hər şey ya əyləncədir, ya da boş vaxt keçirməkdir. Ancaq dörd şey bunlardan deyil: insanın atıcılıq məqsədilə iki şey arasında addımlaması, atını öyrətməsi, ailəsi ilə gözəl vaxt keçirməsi və üzgüçülüyü öyrənməsi. Bunlar Haqdandır". (Əbu Davud, Cihad: 24).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bazarda ox yarışı keçirən bir qəbilə ilə qarşılaşmış və onlara: "Ey İsmail oğulları, atın, çünki atalarınız atıcı idi", – buyuraraq onları ox atmağa təşviq etmişdir. (Səhih əl-Buxari, Cihad: 78).
"…onlara qarşı bacardığınız qədər qüv­­və hazırlayın…". (əl-Ənfal, 60) ayəsini oxuduqdan sonra üç dəfə: "Diqqətli olun, qüvvət atmaqdır!" demişdir. (Səhih Muslim, İməra: 167).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) at yetişdirməyi, at əhliləşdirməyi (öyrətməyi) və at minməyi də israrla təşviq etmişdir. Özü şəxsən yetişdirdiyi atlarla yarışmış, səhabələr (Allah onlardan razı olsun) arasında da yarışlar keçirmiş və demişdir: "Bu üç şeydə mükafat vardır: dəvə yarışı, at yarışı və ox yarışı",– buyurmuşdur. (Əbu Davud, Cihad: 67).
Ənəsin (radıyəllahu anhu) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) Adba adlı dəvəsi ilə yarışdığını demişdir. (Səhih əl-Buxari, Cihad: 59).
"İki hədəf arasında qaçan insanın hər addımında bir savab vardır", – buyurmuşdur. Bir başqa rəvayətdə də: "Ox yarışı keçirin, (bədəncə) möhkəmlənin, ayaqyalın gəzin", – demişdir.
Həmçinin oxuyun: "Allaha yaxınlaşmaq üçün vasitə axtarın" ayəsinin izahı
Paylaş: