İnsanın taleyi, xoşbəxt olacağı və s. əvvəlcədən Allah tərəfindən yazılıbmı?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bəli, insanın taleyi, xoşbəxt yoxsa bədbəxt olacağı və digər şeylər hamısı əvvəlcədən Uca Allah tərəfindən yazılmışdır. Amma bəzi insanlar bunu səhv başa düşərək onsuz da hər şeyin əvvəlcədən yazıldığını bəhanə edir və yaxşı əməllər etmək istəmirlər. Heç kim öz qədərinə nə yazıldığını bilmir, ona görə də özünün yaxşı aqibəti üçün səy göstərməlidir.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Biz Bəqiul-ğərqəddə (Mədinə qəbirstanlığının adı) bir cənazənin dəfnində iştirak edərkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim yanımıza gəlib oturdu, biz də onun ətrafında oturduq. Əlində əsa var idi. O, başını aşağı əydi və əlindəki əsanı yerə vurmağa başladı. Sonra buyurdu: "Sizin hər birinizin, habelə bütün bəşəriyyətin Cənnətdə və ya Cəhənnəmdə tutacağı yer (qədərə) yazılmışdır. Həmçinin bədbəxt və ya xoşbəxt olacağı da yazılmışdır". Bu vaxt bir nəfər dedi: "Ey Allahın elçisi! Elə isə qədərimizə yazılana arxayın olub əməlləri tərk edəkmi? "Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Əməlləri yerinə yetirin! Hər kəsə yaradılmış olduğu işi görmək müyəssər olacaq. Xoşbəxt adamlara uğurlu işlər görmək müyəssər olacaq. Bədbəxt adamlara isə uğursuz işlər görmək müyəssər olacaq". Sonra da bu ayəni oxudu: "Kim haqqını verir və Allahdan qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik". (əl-Leyl, 5-10)". (əl-Buxari, Muslim). Həmçinin oxuyun:
Qədərə iman
Qədəri bəhanə gətirənlərə cavab