Cinsi dəyişmək günahdır?

    12.03.2015
Kimdən: 
cabir
Sual: 
Salam aleykum,cinsi deyismek gunahdir?
Cavab: 

Aleykum salam. Allahın yaratdığı cinsi dəyişmək ən böyük günahlardan biridir. Uca Allah buyurur: "Allah (şeytana) lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. Onların sığınacaqları yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər". (ən-Nisə, 117-121).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) özünü qadınlara bənzədən kişiləri və özünü kişilərə bənzədən qadınları lənətləmişdir. (əl-Buxari, 5885; Əbu Davud, 4098-4099).
Həmçinin buyurmuşdur: "Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!" (Muslim, 120).

Paylaş: