Kafir alimlərin elmi onlara axirətdə hər hansı bir fayda verəcəkmi?
Sual:
Salam.Allaha inanmayan,təkəbbürlü alimlər də cəhənnəmdə sonsuz qalacaq? Onların elmi bir fayda verməyəcək?
Cavab:
Aleykum salam. Uca Allah buyurur: "De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik". Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir. İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər". (əl-Kəhf, 103-108).