Nəfs insana yalnız pisliyi əmr edirmi, onun bir xeyri varmı?
Sual:
Assalamu aleykum ve rehmetullahi ve berekatuhu.Qardas size bir nece sualim olacaq.1-cisi beledir,qrip olarken burundan gelen su necis sayilir? Namaz qilan vaxt gelerse elle silmek olar? 2ci sualim nefs ile baglidir,nefs bildiyimiz insani pisliye cekir,quranda da deyilir ki,nefs insana pis isler gormeyi emr eder.bu hamiya melumdur.Bes bu nefsin insana hec xeyri yoxdur? Ancaq pisliye cekir? cekir?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Burun suyu nəcis sayılmır və namazı batil etmir, həmçinin onu əllə silmək olar. Daha ətraflı: Namazı batil edən hallar
- Nəfs Allahın insanı imtahana çəkməsi üçün vasitədir. Müsəlman olan kəs nəfsin istəklərini (məsələn, yeyib-içmək, şəhvət, var-dövlətə sahib olmaq və s.) Allahın qoyduğu çərçivədə yerinə yetirdikdə savab, əks halda isə günah qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cinsi yaxınlığa görə də sizə sədəqə yazılır". Onlar dedilər: "Ey Allahın Rəsulu, bizdən kimsə öz şəhvətini söndürür və buna görə ona savabmı yazılır? O dedi: "Bunu haram yolla etsə ona günah yazılacağını düşünmürsünüzmü? Deməli, bunu halalı ilə edərsə buna görə ona savab yazılar". (Muslim, 1006)